6 May 2020 11:15
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan sahil mühafizəçilərinin açdığı atəş nəticəsində öldürülən Azərbaycan vətəndaşının meyiti Azərbaycan tərəfinə qaytarılıb.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mayın 6-da Xəzər dənizinin mərkəzi istiqamə­tində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edil­ib.

Meyit həmin gün ailəsinə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər