9 May 2020 16:05
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC bu gün koronavirus pandemiyası ilə gecəli-gündüzlü mübarizə aparan həkimlərimizə dərin minnətdarlıq hissi ilə böyük qələbənin 75-ci ildönümünə həsr etdiyi sərgini ictimaiyyətin diqqətinə hələlik virtual olaraq təqdim edir.

Teleqraf.com xəbər verir ki, həmin illərdə təkcə Bakıda 41 hərbi hospital dayanmaq bilmədən fəaliyyət göstərib.

Ümumiyyətlə, respublikada çoxsaylı təxliyə hospitallarında 440 mindən artıq yaralı müalicə olunub. Azərbaycan cərrahlarının apardıqları ən çətin əməliyyatlar, palata həkimlərinin, tibb bacılarının böyük əmək və qayğısı minlərlə əsgəri həyata qaytarıb və onların əksəriyəti yenidən ön cəbhəyə yollanıb.

Təxliyə hospitallarında müalicə alan əsgərləri respublika sakinləri, ələlxüsus da məktəblilər tək qoymayaraq onlara mənəvi dəstək verib, öz bədii yaradıcılıq və sənətkarlıq nümunələri, hədiyyələri ilə xəstələri ruhlandırıb, ağır günlərində dayaqları olublar. Post-karantin dövründə əyani olaraq birlikdə seyr etmək inamı ilə hazırlanmış virtual sərgini diqqətinizə çatdırırıq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər