13 May 2020 16:04
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinın (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər