Təhsil və əmək fəaliyyəti səbəbindən xaricdə olan vətəndaşlara Azərbaycan tərəfindən müvafiq yardımlar göstərilir və bu proses davam edir.
Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Vətəndaşlarımız olduqları ölkədə səfirliklərimiz, konsulluqlara müraciət edərək, çətinliklərini bildiriblər. İstər qonşu, istərsə uzaq ölkələrdə olan vətəndaşlarımıza yardım göstərilib. Bu işlər davam etməkdədir"