Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı üçüncü mərhələ tətbiqinə başlanır.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Karantin rejiminin yumuşaldılması zamanı yoluxma hallarında artım müşahidə olunsa da, vəziyyət idarə olunandır. Bu müddət ərzində səhiyyə potensialı genişləndirilib, maddi baza yaradılıb. Bu, imkan verir ki, biz koronavirusla paralel həyatımızı davam etdirək. Bu, bizə problemlə yaşamağı öyrədir".
O qeyd edib ki, koronavirusla mübarizədə istifadə olunan məhsullar Azərbaycanda istehsal olunur və bu məsələdə xaricdən asılılığımız yoxdur:
"Yaxınlarda Sumqayıtda Gilan Holdinq Parkda ikinci maska zavodu açıldı. Bu zavodda maksimal olaraq gün ərzində 300 000 maska istehsal olunur ki, bununla da gün ərzində ölkədə istehsal olunan maskaların sayı 500000 çatdırılıb. Eyni zamanda burada 6 000 tibbi kombizon istehsal olunacaq" .