15 May 2020 18:06
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İri ticarət mərkəzləri və digər bütün mərkəzlərdə qadağaların aradan qaldırılması aparılan təhlillərdən asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, ölkəyə gətirilən vətəndaşlar arasında 20 faizədək yoluxmanın aşkarlanması gələnlərin karantin müəssisələrinə yerləşdirilməsinin vacib olduğunu göstərir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, iri ticarət mərkəzlərində yoluxma hallarının olması ehtimalı yüksək olduğu üçün onlara qadağa davam etməkdədir: "Yoluxma statistikası yüksək olduğu üçün bu müəssisələrin açılması düzgün sayılmır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər