16 May 2020 13:59
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət tərəfindən sosial təminat sistemi ilə əhatə olunan həssas əhali qruplarından biri də ailə başçısını itirmiş ailələrdir.

Teleqraf.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə hazırda 116 min ailəyə aylıq pensiya, 27 min ailəyə isə aylıq müavinət ödənilir. Ötən il həyata keçirilən sosial islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, ailə başçısını itirməyə görə aylıq müavinətin məbləği də artırılıb, bu məbləğ hər ailə üzvü üçün 80 manata çatdırılıb. Həmçinin, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq qanunvericiliyə dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən 2020-ci ilin əvvəlindən həmin ailələrə onlar üçün nəzərdə tutulan sosial təminat növlərindən (ailə başçısını itirməyə görə pensiya və ya müavinət) hansı yüksək məbləğdədirsə, onu seçmək hüququ verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər