19 May 2020 22:57
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlara koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədi ilə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq verilib.

Qoruqların fəaliyyəti sosial izolyasiya tədbirlərinə uyğun olaraq həyata keçiriləcək.

Ziyarətçilər sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə qoruqları ziyarət edə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını uyğun olaraq qoruqlara ziyarətçilərin girişinə məhdudiyyət qoyulmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər