Azərbaycanla sərhəd yaxınlığında, azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonu ərazisində Gürcüstanın yeni sərhəd məntəqəsi istifadəyə verilib.
APA - nın Gürcüstan bürosunun məlumatına görə, "Vaxtanqisi" adlanan məntəqənin açılışını Gürcüstan daxili işlər naziri Aleksandr Çikaidze edib.
Tədbirdə Gürcüstan Sərhəd Polisinin rəhbəri Zurab Qamezardaşvili də iştirak edib.
Məntəqə müasir texniki avadanlıqlarla təchiz edilib. Bu cür sərhəd məntəqələri həmçinin Gürcüstanın Türkiyə, Rusiyan və Ermənistanla həmsərhəd bölgələrində tikilib.