21 May 2020 17:14
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin mart, aprel, may aylarında əvvəlki illərin cari dövrü ilə nisbətdə atmosferin çirklənməsi diqqətçəkən dərəcədə azalıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, pandemiya dövründə havanın çirkliliyinin azalması avtomobillərdən minimum istifadə və sənaye müəssisələrinin fəaliyyətinə fasilə verməsi ilə bağlıdır:

"Pirşağı və Bilgəh çimərliklərində aparılan analizlər nəticəsində müəyyən olunub ki, Xəzərin suyu əhəmiyyətli dərəcədə azalıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər