21 May 2020 22:13
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" (AZAL) ölkə vətəndaşlarının vətənə qaytarılması üçün çarter reysləri həyata keçirməyə davam edir.

Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, mayın 21-də Varşavadan Bakıya 100 Azərbaycan vətəndaşının olduğu çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq, Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL bundan əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq Berlindən çarter reysi həyata keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər