28 May 2020 09:27
2 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Tanımadığımız azərbaycanlılar” rubrikasında azərbaycanlı olduğunu çox az adamın bildiyi, əksəriyyətin isə bundan xəbərsiz qaldığı dünyaca məşhur şəxsiyyətlər haqda məlumatları təqdim edir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Selin Şəkərçidən danışırıq.

Selin Şəkərçi 1989-cu il iyunun 1-də Türkiyənin İzmir şəhərində doğulub.

Selinin atası ərəb, anası azərbaycanlıdır. O, beş yaşında olanda ata-anası boşanıb. Səkkiz yaşınadək balet təhsili alıb. İbtidai təhsil və liseyi İzmirdə oxuyub.

Anasının istəyi və köməyi ilə teatr kurslarına gedib. Həmin dönəmdə İzmirdə özəl bir teatr və İzmir Dövlət Teatrında uşaqlar üçün səhnələşdirilən tamaşalarda rol alıb. 2006-cı ildə İstanbula gələndə Selinin 18 yaşı vardı. Böyük şəhərə gəlişi ilə seriallar və reklamlarda görünməyə başlayır.

Həmin il ekranlara çıxan “Sağır oda” serialı ilə Selin Şəkərçinin kino karyerası da start götürür. Bir il sonra çəkilən “Kavak yelleri” adlı serialında bir neçə bölümündə səhnə alır. Bu məşhur serialda Fəyza obrazına həyat verir.

Selin 2008-ci ildə çəkilən “Melekler korusun” serialında da görünür. Gənc aktrisa bu serialda Özgə Özpirinçci, Rojda Dəmirər, Hümeyra, Avni Yalçın kimi usta oyunçularla rol alır. Həmin serialda Özgür Çelikli adlı bir həvəskar aktyorla eyni xarakteri canlandırır.

1969-cu ildə Necati Cumalının yazdığı eyniadlı əsər əsasında 2011-ci ildə çəkilən “Ay büyürken uyuyamam” adlı bədii filmdə Ayça Bingöl, Hazal Kaya, Fırat Çeliklə birgə rol alır. Filmin rejissoru Şərif Görəndir.

2011-2013-cü illərdə ekranlara öz möhrünü vuran “Leyla ile Mecnun” serialının ən sevilən obrazlarından biri olan Şəkərparə obrazına da Selin Şəkərçi həyat verib. Cəmi iki seriyada görünən Şəkərparə serialın sonunadək İsmayıl abini (Serkan Kəskin) xəyal kimi izləyir. Rejissoru Onur Ünlünün olduğu bu serialda Azərbaycan əsilli aktrisa Sərkan Kəskin, Ali Atay, Osman Sonant, Köksal Engür, Ahmet Mümtaz Taylan və Cengiz Bozkurt kimi peşəkarlarla eyni səhənədə rol alıb.

2012-ci ildə Mahsun Kırmızıgülün rejissoru olduğu “Benim için üzülmə” serialında Irmak obrazını canlandırır.Həmin il Mert Önerlə birlikdə “TRT Okul” üçün “Ben yaparım” adlı proqram hazırlayır.

2013-cü ilin Yeni İl bayramı gecəsində “O Səs Türkiyə” yarışmasında “Feeling good” adlı mahını səsləndirərək, Ebru Gündeşin komandasında daxil olur.

2014-cü ildə başlayan “Kaçak gelinler” serialının baş rollarından biri olan Şəbnəm Gürsoy obrazını canlandırır. Ekran əsərinin digər baş rollarına Dəniz Baysal, Açelya Topaloğlu, Furkan Andıç, Fırat Albayram can vermişdi.

2015-ci ildə yayıma başlayan “Acı aşk” serialında Sude rolunu oynayır. Bu serialda Sezgi Sena Akay, Seçkin Özdəmir, Alpərən Duymaz, Hüseyn Avni Danyal, Ərkan Canla birlikdə rol almışdı.

2016-cı ildə yayıma başlayan “Rengarenk” serialında isə Renk xarakterini canlandırır. Bir il sonra ekranlara çıxan “Çoban yıldızı” serialında isə Zöhrə obrazını...

Selin Şəkərçi bu ekran əsərləri ilə yanaşı, “İzmir çetesi”, “Siyah beyaz aşk”, “Sevgili komşum” və “Kızım” adlı serialların yaradıcı heyətində yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər