1 İyun 2020 11:23
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) “Gənc Cümhuriyyətlərin yaranması və təşəkkülü” mövzusunda vidoekonfrans təşkil edib. Videokonfransın qonağı əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Tohidi olub.

Teleqraf.com xəbər verir ki, Solmaz Tohidi əvvəlcə Azərbaycan tarixinin şanlı səhifələrindən, xalqımızın milli azadlıq mübarizəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikası) yarandığı mürəkkəb tarixi şəraitdəm danışıb.

İki saat davam edən videokonfransda tarixçi alim iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Konfransda GAİM-in icraçı direktoru Aygül İsayeva, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) rəhbəri Nəriman Qurbanov, Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev, ictimaiyyət nümayəndələri, GAİM-də təhsil alan gənclər və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.


Müəllif: Teleqraf.com