3 İyun 2020 17:00
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyinat olub.

Teleqraf.com xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə MEK-in direktor müavini vəzifəsinə Xuraman İsmayılova təyin edilib.

Məlumat üçün bildirək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.

Qeyd edək ki, X.İsmayılova bundan əvvəl MEK-də bölmə rəhbəri vəzifəsində çalışırdı.


Müəllif: Teleqraf.com