3 İyun 2020 20:43
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15-nə qədər uçuşların dayandırılması və sərhədlərin bağlı olması qərarı qüvvədədir.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

"Bununla bağlı əlavə qərar yoxdur. Hər şey situasiyadan asılıdır. Bunu analiz edən ekspertlərin rəyi əsasında Operativ Qərargah qərar qəbul edir", - İ.Məmmədov Türkiyəyə 15 iyundan sonra uçuşların bərpa olunacağı və artıq biletlərin satılması ilə bağlı sualı cavablandırarkən bildirib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər