Türkiyənin aviareyslərlə bağlı qəbul etdiyi qərar bizim ölkəmizdə də müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Bəzi ölkələr öz aralarında "Travel bubble" üsulu yaradıblar, COVID-19 pasportu tətbiq olunur. Lakin bu nə qədər effektlidir, demək çətindir. Buna görə də beynəlxalq uçuşlarla bağlı qaydalar hələ müzakirə mərhələsindədir".