6 İyun 2020 15:29
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra üstünlükləri ilə seçilən türk robotu “Arat”a yeni xüsusiyyətlər əlavə edilərək təkmilləşdirilib.

Teleqraf.com xəbər verir ki, sözügedən robotdan gedilməsi çətin olan yerlərdə istifadə etmək qərarına gəlinib.

“Arat”ın xüsusiyyətlərindən danışan istehsal koordinatoru Süleyman Dəmir bildirib ki, robot 30 kiloqramlıq, 70 santimetr uzunluğundakı 12 birləşmə və 63 sensordan ibarətdir. “Bu robotu ərazi şərtlərində, axtarış və xilasetmə işlərində, insanların çata bilməsi çətin olan yerlərdə istifadə etmək üçün dizayn etdik”.

Süleyman Demir qeyd edib ki, dünyadakı araşdırmalar təkərli və iki ayaqlı (Bpet) robotlar üzərində aparılıb: “Ancaq bu robotlar ərazi şəraitinə görə tarazlıqda müəyyən çətinliklərə sahibdirlər. Bu baxımdan 4 ayaqlı robotlar tarazlıq problemini daha asan həll edə bilər.

Bununla əlaqədar elmi-tədqiqat işləri apardıq. Bu araşdırmalardan sonra robotdan kələ-kötür ərazilərdə daha rahat istifadə edəcəyik. Bunlar mədənlər, yüksək ərazi şərtləri, insanların girməsi çətin olan xəstəxanalar və oxşar nöqtələr ola bilər. Bu nöqtələrdə robotun üzərinə inteqrasiya edilmiş kameralar və səs sistemi ilə uzaqdan əlaqə qurulub çəkilə bilər".

"Arat"ın kosmosa gönədrilməsi hədəflənib.


Müəllif: Yeganə Oqtayqızı