9 İyun 2020 13:19
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.

Həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər.

***

09:47

Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq.

Bunu Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər