11 İyun 2020 17:44
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyasından dünyada ilk zərbəni hava yolları aldı, AZAL da bu sıradadır.

Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"2019-cu ildə 4 740 000 sərnişinə xidmət göstərmişdiksə, bu il cəmi 760 000 sərnişinə xidmət göstərilib. Hər ilki 10 faizlik artımı nəzərə alaraq, 2 milyon yarıma xidmət göstərməli idik. Bizim nə qədər geridə qaldığımızı bu rəqəmlər göstərir".

O bildirib ki, Azərbaycan Hava Yollarına maliyyə dəstəyi göstərilir: "Hava Yolları əməkdaşları maaşlarını vaxtında alırlar. Bu müddətdə heç bir işçimizi ixtisar etməmişik".

Arif Məmmədov əlavə edib ki, hava sərbəstliyindən istifadə edən dövlətlərlə epidemioloji göstəricilər əsasında uçuşlar bərpa olunacaq: "Ümumi mülki aviasiya sahəsinin 2019-cu ildə itkisi 242 milyard dollara yaxın qiymətləndirilir".

Yaqut Qarayeva əlavə edib ki, çarter uçuşlarında iştirak edən əməkdaşlar arasında yoluxma faktı qeydə alınmayıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər