12 İyun 2020 18:20
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün xidmətlər kimi icazə sistemi də mütəmadi yoxlamalardan keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:

"Sistemdə şəxsin icazəsi varsa və aktivdirsə, ona karantin rejimi müddətində icazə verilmiş sayılır. Texniki səbəblərdən bu görünməyibsə, cərimə olunubsa, araşdırıla və cərimə ləğv oluna bilər".

Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev əlavə edib ki, bununla bağlı müraciətlər daxil olub: "Məsələ araşdırılıb, belə halın olmadığı aşkarlanıb. Vətəndaşın özünə də göstərilib ki, portalda adı yoxdur. Ola bilər, inzibati cərimədən sonra məlumat portala daxil edilib. Bu zaman cərimə ləğv oluna bilməz.

Bir neçə nəfər müraciət etmişdi ki, guya məlumatı daxil ediblər, silinib və sonradan məlumat görünüb. Əgər onlar bu halı sübut edə biləcəklərsə, protokol ləğv olunacaq".

Ülvi Mehdiyev əlavə edib ki, icazegov.az portalında hər kəsin şəxsi kabineti var: "Vətəndaş evi tərk etməzdən əvvəl portalda icazəsi olub olmadığını yoxlaya bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər