Bu həftə apteklərin fəaliyyətinə icazə verilir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:
"Lakin apteklər yalnız çatdırılma şəklində fəaliyyət göstərəcəklər. Vətəndaşlar yaşayış sahələrinə yaxın olan apteklərdən zəruri olan dərmanları əldə edə bilərlər".
Ülvi Mehdiyev vətəndaşlardan ağrıkəsici kimi preparatları əvvəlcədən almalarını xahiş edib: "Bəli, 108 xidməti də bu sıraya qoşulub. Lakin bu o demək deyil ki, nömrələrə zəng edib, müxtəlif sifarişlər edək.
Təcrübədən bilirik ki, bir qrup şəxslər sms icazələr zamanı aidiyyəti olmayan sms icazələr göndərərək, sistemi məşğul edirdilər. Bu səbəbdən zəruri olmayan hallarda müraciət edilməməsini xahiş edirik".