Koronavirus səbəbilə dünyasını dəyişən 34 yaşlı iş adamı Fərid Əliyev doğulduğu Ağcabədi rayonunda qaydalara uyğun dəfn edilib. Rayon icra hakimiyyəti yas mərasiminin kütləvi keçirilməsinə icazə verməyib. Çox az sayda insan sosial məsafəni gözləmək şərtilə ailənin yaxınlarına başsağlığı verməyə gəlib.
Teleqraf.com xəbər verir ki, xəstə bir həftə əvvəl özündə nasazlıq hiss edib. Qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib. Buna baxmayaraq həkimə müraciət etməyib və ev şəraitində müalicə olunmağa cəhd edib. Ötən gün halı kəskin pisləşdiyi üçün ailə üzvləri təcili yardıma müraciət edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə yanaşı xəstəlikləri olmayıb və səhəti ilə bağlı şikayət etməyib.