16 İyun 2020 20:12
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiymətinin aşağı düşməsini, Milli Şura tərəfindən az qala toy-bayram kimi qeyd olunması absurd olmaqla bərabər mənəviyyatdan da kənar bir məsələdir. Dünyanın heç bir ölkəsində özünü müxalifət adlandıran insanlar milli iqtisadiyyatı zəiflədən amillərə bu şəkildə sevinc nümayiş etdirmirlər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

“Ən azından ona görə ki, iqtisadiyyatın zəifləməsi, əhalinin sosial rifah halında özünü göstərir. Xalqının rifahını düşünən müxalifət belə hərəkət etməz”, - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bütün ölkələrində iqtisadi fəallıq aşağı düşüb: "Bu, təkcə Azərbaycanla bağlı olan məsələ deyil. Pandemiyadan sonra bütün ölkələrin iqtisadiyyatlarını bərpa etmək üçün müəyyən vaxt lazımdır".

N.Məhəməliyev söyləyib ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər əlavə resurslara malikdir və iqtisadiyyatımızda bir çox ölkələrdən daha tez bərpa olunacaq: "Neftin qiymətinin aşağı düşməsi isə heç bir halda ölkəmizin zəifləməsinə səbəb ola bilməz. Müxalifətin, xüsusən də Milli Şuranın ölkəmizə insanların sosial durumuna belə bir yanaşma ortaya qoyması gözlənilən idi".

Deputat vurğulayıb ki, adlarını müxalifətçi qoyan şəxslər millətə, xalqa qarşı düşmənçiliklərini bu cür məqamlarda belə gizlədə bilmirlər: "Düşünmürlər ki, iqtisadi artım aşağı düşəcəksə, bu, insanların sosial durumuna birbaşa təsir göstərə bilər. Sözsüz ki, Milli Şura üzvləri Azərbaycan vətəndaşının sosial təminatı haqqında düşünə bilməz. Onlar bu xalqa düşmən olan dairələrdən maliyyələşdiyi üçün xalqımızın rifahı onları qətiyyən maraqlandırmır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər