Bu ilin yanvar-sentyabr aylarında "Xalq kompüteri" layihəsi çərçivəsində kompüterlərin satışı 7 faiz artıb.
Bu barədə Trend-ə "Best Comp Group" şirkətindən məlumat veriblər.
Şirkətdən verilən məlumata görə, yanvar-sentyabr aylarında təqribən 1,19 milyon manat dəyərində kompüter texnikası satılıb. Hər kompüterin qiyməti orta hesabla 700 manat təşkil edib.
Layihəyə başlanandan etibarən (2009-cu ilin aprel ayı) ümumilikdə 24,2 milyon manatdan çox məbləğdə 16,9 mindən artıq kompüter satılıb.
Layihə çəçivəsində satılan komüterlərin 95 faizindən çoxu portativ texnikanın (noubuk və planşet kompüterlərin) payına düşür.