18 İyun 2020 19:57
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün kondisionerin infeksiya mənbəyi olması çox sual olunur. Doğru istifadə olunmayan kondisioner infeksiya mənbəyidir".

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov bugünkü brifinqində deyib:

"Hətta aviasiyada belə istifadə olunan kondisionerlərin həyati təhlükəsi ilə bağlı elmi sübut yoxdur. Ata-analarımızdan eşitdiyimiz məsəli diqqətdə saxlayaq. Yay qripindən uzaq olaq, istidə soyuq su içsəniz, sətəlcəm olarsınız. Avtomobillərdə istifadə olunan kondisionerlərin bayırla olan sirkulasiyasını açmağı tövsiyə edirəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər