Azərbaycanın şimal bölgəsində bəzi yaşayış məntəqələrinə qar yağır.
Teleqraf.com-un Regional TV-yə istinadən verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 10 sm-ə, rayonun Qırız kəndində isə qarın hündürlüyü 2 sm-ə çatır.
Qusar rayonunun Ləzə kəndində qarın hündürlüyü 2 sm təşkil edir. Hazırda bu ərazilərdə yağıntı davam edir.