Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələrin hər biri müəyyən məbləğ ödəyir.
Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu ödənişdən əlavə bəzi ölkələr təşkilata yardımlar da edir. ABŞ ÜST-ə ən çox yardım edən ölkələrdəndir. ABŞ-la çox dərin, ənənəvi işbirliyimiz var. Ümid edirik ki, onlarla əməkdaşlığımız davam edəcək".