25 İyun 2020 18:14
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operativ Qərargah Nazirlər Kabinetinin nəzdində yaranıb və orada bütün dövlət qurumlarının nümayəndələri ən yüksək səviyyədə təmsil olunur.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Biz virusun yayılmasının qarşısını kifayət qədər aldıq. Bu müddətdə dərman vasitələrinin ölkəyə gətirilməsinə, xəstəxanaların hazırlanmasına nail olduq. Biz sadəcə istəyirik ki, bundan sonra rəqəmlər artmasın".

Hande Harmancı əlavə edib ki, virusun yayılması eksponsional xarakter daşıyır: "Virusa yoluxanların gördüyünüz zaman çox gec ola bilər. Virusa yoluxanlar artacaq. Heç kim özünü qorumasa, biz bunun şahidi olacağıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər