26 İyun 2020 16:59
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-a yoluxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Feysbukda məlumat yayıb.

Onun sözlərinə görə, 55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib:

"İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!"

Qeyd edək ki, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007-2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər