Sosial şəbəkədə ermənilər tərəfindən TƏBİB-in bazasına haker hücumu olduğu və COVID-19-a yoluxan, ölən şəxslərin datasının açıq olaraq paylaşıldığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, TƏBİB-in bazasına heç bir hücum olmayıb.
Qeyd edək ki, ermənilərə məxsus səhifələrdə azərbaycanlı xəstələrin məlumatları barədə fotolar yayılıb.