8 Oktyabr 2014 10:22
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi ilə əlaqədar aktual məsələlər” mövzusunda seminar keçirilib.

Teleqraf.com xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilmiş seminarın işində Almaniya Federativ Respublikasının Aşağı Saksoniya Federal Torpağının Yuxarı İnzibati Məhkəməsinin hakimi Maks Ploq, FHN-nin və Azərbaycan Respublikası Milli Məclis aparatının təmsilçiləri, Agentliyin rəhbər heyəti və struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Agentliyin rəis müavini Təyyar Hüseynli Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması tarixi, onun tətbiqinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə danışıb.
Seminarda bildirilib ki, Almaniyadan olan ekspertlərin dəstəyi ilə şəhərsalma və tikinti fəaliyyəti sahələrində mövcud olan bəzi problemlərin həllinə kömək edəcək.

Maks Ploq Almaniya Federativ Respublikasının ümumi tikinti qanunvericiliyi, Almaniya təcrübəsində tikintidə nəzarətin həyata keçirilməsi, layihə sənədlərinin, xüsusilə də mürəkkəb texniki tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi mexanizmi barədə məlumat verib.
Müvafiq sahədə Almaniya və Azərbaycan qanunvericiliklərinin müqayisəli təhlilini aparıb, Məcəllədə nəzərdə tutumuş məlumatlandırma icraatı, tikinti layihələrinin ekspertizası, tikintiyə icazənin verilməsi, tikintidə nəzarət növləri ilə bağlı sualları cavablandırıb.

Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyində tikinti obyektlərinin sökülməsi halları, dövlət vəsaiti hesabına inşa edilən tikinti obyektlərinin xüsusiyyətləri, tikinti fəaliyyətinin subyektləri arasında qarşılıqlı əlaqə mexanizmi ilə bağlı yaranan suallara aydınlıq gətirilib.

Sonda Agentlik əməkdaşlarında maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər