Koronavirus epidemiyası düşündüyümüzdən daha uzun sürəcək.
Teleqraf.com xəbər verir ki, bunu Harvard Qlobal Sağlamlıq İnstitutunun rəhbəri Aşiş Ca deyib.
O bildirib ki, məcburi maska taxmaq və sosial məsafə gözləmək kimi təhlükəsizlik tədbirlərinin daha 12 ay qalmasına ehtiyac ola bilər.
Minnesota Universitetinin Yoluxucu Xəstəliklər Tədqiqatları və Siyasətləri Mərkəzindəki başqa bir araşdırmasında COVID-19-un yayılmasının daha iki il davam edə biləcəyi bildirilir.
ABŞ-ın bəzi ştatlarında koronavirusuna yoluxanların sayı sürətlə artır. Bu artımı testlərin sayına aid edənlər də var, lakin tədqiqatlar bu arqumenti təsdiqləmir.