29 İyun 2020 09:42
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropoliteni yeni aldığı daha 4 qatarın 2-si xəttə buraxacaq.

Bu barədə Teleqraf.com-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni alınan 10 vaqondan ibarət xəttə buraxılacaq qatar tərkibi artıq sınaq yoxlanışından keçirilib: "Sınaqdan keçirilən həmin qatarlar artıq xəttə buraxımlaq üçün yoxlanılıb. Bu gün həmin qatarlar sərnişinlərin istifadəsinə veriləcək.

B. Məmmədov qeyd edib ki, hazırda yeni alınan digər 2 qatar tərkibində sınaq işləri aparılır. Yaxın vaxtlarda həmin 2 qatar tərkibi də xəttə buraxılacaq: "Yeni qatarlar istismar müddətini başa vuran köhnə qatar tərkibini əvəz edəcək. Bu gün artıq istismar müddətini başa vurmuş 2 qatar tərkibi xətdən çıxarılacaq və 2 yeni qatar tərkibi sərnişinlərin istifadəsinə veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər