30 İyun 2020 13:10
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsul şəxsə meyit təhvil verilən gün xəstəxana daxilində olmuşuq. Cənazə xəstəxananı tərk etdiyi gün bizə heç bir mətbuat işçisi yaxınlaşmayıb.

Teleqraf.con xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib:

"Xəstənin heç bir yaxını iddia edə bilməz ki, bizə yaxınlaşıb faktura istədi, ona təqdim edilmədi.

Xəstəyə ümumilikdə 45-46 min manat xərc çəkilib. Lakin ümumi vəziyyəti nəzərə alaraq biz 30 min çıxarmışıq və ailə bu pulu ödəyib".

Xəstəxananın invaziv radioloqu Nijat Alişev bildirib ki, xəstənin günlük baxımı böyük məbləğ tələb edir və bu qiymətlər ABŞ-la müqayisədə çox aşağıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər