Sərt karantin rejimi öz nəticəsini verir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bir xəstə 2 nəfəri, 2 nəfər 4 nəfəri yoluxdurur. Hazırda yoluxmaların sayı stabilləşib. Hər halda ölkədə ola biləcək iki qat artımı müşahidə etmirik".
Yaqut Qarayeva bildirib ki, bu gün heç bir tibb müəssisəndən kənarda xəstə müalicəsi həyata keçirilmir.
Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, karantin rejiminin riyazi nəticələri qarşıdakı günlərdə özünü göstərəcək: "Xəstəliyin yoluxma tendensiyası insanların təması zamanı baş verir. Bu gün karantin və tibbi maska, sosial məsafə, gigiyenadan başqa xəstəliklə mübarizə üsulu mövcud deyil.
Amma yenə də vətəndaşlarımız və dövlətimizlə həmrəy olub, arzu etdiyimiz nəticələri əldə etməliyik. Biz yeni norma və reallıqlara uyğunlaşmağı bacarmalıyıq"