1 İyul 2020 00:58
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycanda koronavirusla bağlı 6 645 test aparılıb.

Bu barədəTeleqraf.com Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Bildirilir ki, ölkədə COVID-19-la bağlı aparılan testlərin sayı 482 170-ə çatıb.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 182 nəfər müalicə edilir. Süni tənəffüs cihazında olan xəstələrin sayı 37 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, daha 7 nəfər ölüb.


Müəllif: Teleqraf.com