1 İyul 2020 16:31
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda pandemiya şəraitində Corc Vaşinqton Universitetinin professorlarının Azərbaycan Aqrar Universitetində dərs deməsi məsələsinın həll edilməsi müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Nicat Məmmədli bu gün keçirilən onlayn konfrans zamanı deyib.

Onun sözlərinə görə, Corc Vaşinqton Universitetindən gələn professorlarun keçəcəyi dərslər 15 günlük və modul tipli olacaq. Sonrakı dövrdə isə tələbələr həm onlayn qaydada amerikalı müəllimlərin, həm də yerli müəllimlərin dərslərində iştirak edəcək:

“Pandemiya səbəbindən müvəqqəti olaraq onlayn sistemə keçməli olacağıq. Bu, ciddi bir sıxıntı yaratmayacaq. Yeganə problem ABŞ-la Azərbaycan arasındakı saat fərqidir ki, bunu nəzərə alaraq, dəsrləri axşam saatlarına salmağı planlaşdırırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər