1 İyul 2020 16:22
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bəzi küçə və prospektlərində polis postları yığışdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında yazıblar.

Postlar ötən gecədən etibarən Dövlət Statistika Komitəsinin qarşısında, Günəşli qəsəbəsi və şəhərin digər yerlərində götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsindən məsələ ilə bağlı açıqlama verilməyib.


Müəllif: Aysel Azad