2 İyul 2020 12:52
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur. Sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev deyib.

Qurum rəsmisi bildirib ki, müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib.

Bununla bağlı müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşların şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməli olduqları barədə məlumat yayılıb.


Müəllif: Aysel Azad