Hər bir əməkdaşa icazə verildikdə onun avtomobilinin seriya nömrəsi də qeyd olunur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"SMS icazə alan şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadə etməsi üçün plan hazırlanır. Belə vətəndaşlar icazə aldıqda, onlar nəqliyyat vasitələrinin seriya nömrəsini də SMS-də qeyd edəcəklər".