Hazırda əksər insanlar onlarda simptomlar gördüyü zaman koronavirusa yoluxduğunu düşünür.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Belə hallarda həmin şəxsin həkimə zəng etməsi tövsiyə olunur. Bu zaman ona əlavə suallar ünvanlanacaq. Koronavirusa yoluxduqda ona lazımi təlimatlar veriləcək".
Şahmar Mövsümov əlavə edib ki, hər simptomu olan şəxs təcili yardıma zəng etməməlidir: "Təcili yardımı məşğul edib, daha vacib müraciətlərə cavab verilməsini gecikdirmək lazım deyil. Sadəcə sahə həkimi ilə əlaqə saxlamaq kifayətdir. Bu zaman poliklinikaya getməyə də ehtiyac yoxdur".