Rayonlara gediş-gəlişin test nəticələri ilə aparılması düzgün deyil. Testin etibarlılığı 70 faizidir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Xahiş edirəm səbrli olaq. Bu gün Bakıdan axın edilən rayonlarda sərt karantin rejimi tətbiq olunur. Paytaxtdan çıxmaq yoluxmanı artırmaq deməkdir".