4 İyul 2020 13:13
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis völməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsindən yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştəri saxlanılaraq polis bölməsinə gətirilib.

Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər