Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib.
Qardaş ölkə Azərbaycana aşağıdakı qoruyucu ləvazimat və dərman preparatları göndərib.
30 ədəd ventilyator,
55.000 ədəd kombinezon,
50.000 ədəd N95 maska,
100.000 ədəd cərrahi maska,
5.000 tibbi eynək,
200.000 əlcək
və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərir.
Türkiyənin Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, Türkiyə virusla mübarizədə bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.
"Bu gün etdiyimiz bu yardım da Qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakteri daşıyır. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığın da güclü təzahürüdür. Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhfə verəcəyinə arzu edirik. Fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza başsağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik", deyə məlumatda qeyd olunur.