6 İyul 2020 21:56
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal bəla statuslu koronavirusun yayılmağa başladığı ilk gündən ölkəmizdə pandemiyanın fəsadlarından əhalinin qorunması üçün təxirəsalınmaz mübarizə tədbirləri görülür.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev belə deyib.

Millət vəkli qeyd edib ki, virusun yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən kompleks tədbirlər Azərbaycanın öz gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi.

“Prezident İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində ölkəmizdə vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların sosial təminatına və məşğulluğuna yönəldilib. Dövlətin hazırladığı dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığını təmin edilməsi mərhələli şəkildə həyata keçirilir. Məhz bunun üçün Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkə kimi nümunə göstərilir”.

N.Həmzəyev bildirib ki, acınacaqlı haldır ki, koronavirus bəlasının insanların sağlamlığı üçün real təhlükə və ciddi təhdid mənbəyinə çevrildiyi bir zamanda ölkəmizin koronovirusa qarşı apardığı mübarizə tədbirlərinə kölgə salmağa çalışanlar da tapılır. Müasir dövrdə insanların xəbər almaq, eləcə də yaymaq imkanlarının kifayət qədər genişləndiyi sosial şəbəkələrdən öz çirkin niyyətlərini həyata keçirməyə çalışanlarla da rastlaşırıq”.

Millət vəkili əlavə edib ki, cəmiyyətdə təşviş yaratmaq məqsədi güdən təxribat xarakterli məlumatların yayılması yolverilməzdir: "Bu cür şayiələr cəmiyyətdı narahatlıq yaradır, stresə, həyəcana səbəb olurlar. Buna cəhd edənlər layiqli cavablarını almalıdırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər