Ötən gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6240 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 522 min 773-ə çatıb.
Bu barədə Teleqraf.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8397-yə bərabərdir. Xəstələrdən 343 nəfəri reanimasiyadadır ki, onlardan da 60-ı süni tənəffüs cihazına qoşulub.