11 İyul 2020 12:08
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib.

Bu barədə AZAL-dan Teleqraf.com-a məlumat verilib.

Təşkil edilən reys vasitəsilə 83 həmyerlimiz vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada həyata keçirilir.


Müəllif: Teleqraf.com