Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə “Ailə, məktəb və cəmiyyət” adlı layihəsi çərçivəsində Bakı şəhərinin orta məktəblərində tədbirlər davam etdirilib.
Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Nizami rayonunda yerləşən 210 saylı orta məktəbdə rayonun məktəb, lisey psixoloqlarının iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov Komitə tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyini və məqsədimizin məktəb psixoloqlarının işinin gücləndirilmək və daha səmərəli təşkil etmək olduğunu qeyd edib.
Daha sonra söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəlliməsi, psixoloq Vəfa Kərimovaya verilib.O, müasir dövrdə məktəb psixoloqlarının üzərinə böyük öhdəliklərin düşdüyünü, bu peşənin məsuliyyətli həmçinin çox vacib olduğunu qeyd edib.
Sonda qonaqlara Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri təqdim edilib.
İlhamə