17 İyul 2020 15:18
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların karantin zamanı evə qapanması dünyanın ən böyük multimedia şirkəti “Netflix”ə yarayıb.

Teleqraf.com xəbər verir ki, ikinci rübdə şirkətin yeni abunəçi sayı 10,1 milyona çatıb, gəlirləri isə 24,9 faiz artaraq 6,1 milyard dollara çatıb.

“Netflix”in ilin ikinci rüb hesabatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə şirkət abunəçiləri 27,3 faiz artaraq 192,9 milyona çatıb.

Rəqəmlərdəki artıma baxmayaraq şirkətin səhmləri 9 faiz dəyər itirib. Bunun səbəbi, “Netflix”in ikinci rüb performansının gözləntilərdən aşağı olması göstərilir.


Müəllif: Yeganə Oqtayqızı