17 İyul 2020 14:49
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüksək hərarəti olan şəxsləri imtahana buraxmamaqla onu və ətrafındakıların sağlamlığını qorumuş oluruq. Yoluxucu xəstəlikləri olmadığı aşkar edilən şəxslərin bir qismi sonradan dəvət olunaraq imtahanda iştirak etdilər”.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kimin hansı statusda bu imtahanlarda iştirak etməməsi araşdırılır: “Çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər. İl boyu bunu təkrar edə bilmərik. Ona görə də bir dəfə keçirilən imtahanlarda yoluxucu xəstəliyi olanlar imtahanlara buraxılmayıb. Bu keçən il də belə olmuşdu. Hərdən həmin şəxslər üçün xüsusi şərait yaradılması ilə bağlı fikirlər oxuyuram. Belə insanları yenidən imtahana cəlb etmək və onlar üçün xüsusi şərait yaratmaq qeyri-mümkündür. Bu, bütün dünyada belədir. Təbii ki, biz hər kəsin sağlam şəkildə imtahana gəlməsini istəyirik. Ona görə də sanitar gigiyenik qaydalara əməl edilməsini istəyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər